Milli.Az Auto.az-a istinadən bildirir ki, "M Sport" paketli "BMW 2-Series Active Tourer" tezliklə satışa çıxarılacaq və 3 mühərrik versiyasında təklif ediləcək - 136 a.g.-lü 1,5-litrlik benzin, 150-güclü 2,0-litrlik dizel və 231-güclü 2,0-litrlik benzin.
Yenidən işlənmiş bamperlərlə yanaşı, qara parlaq radiator barmaqlığı, qaz buraxma sisteminin bir cüt xromlaşdırılmış borucuqları və 17- və ya 18-düymlü yüngüllehimli disklər kompakt avtomobilə gözəllik əlavə edib. Klirens 10 mm azalıb.
"M Sport" paketi salona dəridən 3-milli idman sükanı, parça və alkantara ilə üzlənmiş idman oturacaqları, qara tavan, metal ayaqaltı və "M Division" bölməsinin firma atributunu gətirib. Təzad yaradan tikişlər və metal əlavələr də interyeri bəzəyir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.