Maraqlı

Hyundai ix20-in Cross versiyası - FOTO

31 Mart 2014 20:15
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hyundai ix20 subkompakt ailə avtomobili yeni Cross yolsuzluq modifikasiyası qazanıb. Avtomobil ilkin olaraq yalnız Belçika bazarında satılacaq. Yeni modifikasiyanın qiyməti 16 999 avrodan başlanacaq. Müştəri bu məbləğə maneələri daha yaxşı keçmək imkanları olan və çox yaxşı baza komplektasiyasında maşın alacaq. Avtomobilin yaxşı satılması üçün əlavə stimul kimi beşillik zəmanət və yeddi il boyunca naviqasiya sistemi xəritələrinin pulsuz yenilənməsi xidmət edə bilər.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Kia Venga ilə ümumi platformada yığılmış Koreya subkompaktvenin klirensi artırılıb və 16 düymlük yüngül lehimli boz disklər və ton verilmiş şüşələr əldə edib. Avtomobilin standart avadanlığının siyahısına şinlərdə təzyiq haqqında məlumatverici, kruiz-kontrol, avtomat kondisioner, multimedia sisteminin sensor ekranı və arxa görünüş kamerası daxil edilib.

Hyundai ix20 Cross baza versiyası 90 at gücü hasil edən 1,4-litrlik benzin mühərrikiylə təchiz edilir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.