Maraqlı

Mercedes-Benz-i belə bərpa edərlər - FOTOSESSİYA

31 Mart 2014 19:16
0 Şərh     Baxış: 1 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Techno Classica sərgisində Brabus şirkəti müxtəlif vaxtlarda avtomobil istehsalının ikonaları olmuş Mercedes-in altı klassik modelini nümayiş etdirəcək. 1961-dən 1971-ci ilə qədər W111 kuzovunda buraxılmış Mercedes-Benz 280 SL raritet kabrioleti proqramın gözü olacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, raritet avtomobil ilk dəfə zavod ərazisini tərk edərkən necə idisə məhz o cür görünməsi üçün tamamilə bərpa edilir. Bundan başqa tüner Mercedes 280 SL W 113 Pagoda, 280 SE 3.5 Cabriolet, 560 SL R 107 və 300 SL Gullwing modellərini də nümayiş etdirəcək.

Brabus atelyesi Mercedes markasının ən uğurlu üstüaçıq avtomobillərindən birinin tam bərpası üçün kabrioleti tamamilə söküb. Məqsəd hansı detalların bərpa edilə biləcəyini, hansıların isə əvəz edilməli olduğunu təyin etməkdir. Elə bu məqsədlə güc aqreqatı da sökülüb yenidən yığılır. Ötürücü qutu, ötürmə valı, şassi və əyləc sistemi də həmçinin yenidən yığılır ki, hər şey uzun müddət işlək vəziyyətdə qalsın.

Kuzovun dizaynı orijinal qalır - ona yalnız yeni lak və boya örtüsü və xromlanmış dekorativ elementlər hədiyyə edilir. Həmçinin salon da yenidən dəri ilə üzlənir və ona ağac materiallarla bəzək vurulur.

Təəccüblü deyil ki, bu halda bir avtomobilin bərpasına minlərlə saat sərf oluna bilər və işlərin dəyəri yeni maşının qiymətini ötəcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.