Maraqlı

BMW X7: ilk təfərrüatlar - FOTO

31 Mart 2014 23:35
0 Şərh     Baxış: 2 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
BMW şirkəti yeni X7 yolsuzluq avtomobilini buraxacağı haqqında planlarını rəsmən elan etdi. Modelin seriya istehsalı 2017-ci ildə Amerikanın Spartanburq şəhərində başlanacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, BMW X7 uzunluğu 5 metrdən çox olacaq və Mercedes-Benz GL və Audi Q7 modelləri ilə birbaşa rəqabət aparmaq üçün nəzərdə tutulmuş yeddi nəfərlik yolsuzluq avtomobili olacaq. Yeni model yeni nəsil BMW X5 və X6 modul platformasını bölüşəcək. Gözlənilir ki, alüminiumdan və yüksək davamlı poladdan geniş istifadə edilməsi hesabına müəlliflər hər üç modelin çəkisini azaltmağa nail olacaqlar.

BMW X7 mühərrikləri haqqında hal-hazırda açıqlama verilmir. Məlum olan yalnız odur ki, yolsuzluq avtomobili tamamilə yeni mühərriklərlə, o cümlədən hibrid qurğusu ilə təchiz ediləcək. Spartanburqda buraxılacaq avtomobillər bütün dünyada satılacaq, hərçənd BMW X7 -nin əsas satış bazarları Çin və ABŞ olacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.