Maraqlı

Hamilələr daha ağıllıdırlar?

28 Mart 2014 11:35
1 Şərh     Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Araşdırmalar nəticəsində bəlli olub ki, uşaq dünyaya gətirmiş qadınlar digər qadınlara nisbətən daha çox informasiya yadda saxlaya bilirlər
Hamiləlik qadınları daha ağıllı edir. Anspress-in məlumatına görə, Mayami Universitetinin alimlərinin apardıqları araşdırma bu fikirləri deməyə əsas verir. Araşdırmalar nəticəsində bəlli olub ki, uşaq dünyaya gətirmiş qadınlar digər qadınlara nisbətən daha çox informasiya yadda saxlaya bilirlər.

Hamiləlikdən sonra qadınların yaddaşının zəifləməsi barədə sözlər şayiədən başqa bir şey deyil.

Təcrübələrdə 10 aylıqdan tutmuş 2 yaşa qədər uşağı olan 35 nəfər qadın iştirak edib. Həmin qadınlara 10 saniyə ərzində üzərində işarələr olan şəkil göstərilib. Sonra qadınlardan xahiş olunub ki, yadda saxladıqları işarələri yazsınlar.

Sonra üzərində əvvəlki işarələrin də yer aldığı başqa kağız göstərilib. Qadınlardan xahiş olunub ki, əvvəlki vərəqdə olan işarələri də desinlər. Qadınlar bu tapşırıqların öhdəsindən uğurla gəliblər.

Qeyd edək ki, hamiləlik dövründə qadınların orqanizmində bir sıra dəyişikliklər olur. Həmin vaxt baş beynin həcmi 5%-ə qədər azala bilər. Lakin doğuşdan 6 ay sonra hər şey dəyişir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.