Maraqlı

Dünyanın ilk Ay Saatı tikiləcək - FOTO

27 Mart 2014 10:49
0 Şərh     Baxış: 1 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londonda dünyanın ilk Ay Saatı inşa olunacaq. Beşmərtəbəli ev hündürlükdə olan, 40 metr enə malik "Aluna" adlı bu tikili əfsanəvi Stounhecdən də böyük olacaq.


Ay Saatı yarışəffaf şüşələrdən hazırlanmış 3 konsentrik çevrədən ibarətdir.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hər çevrənin işıqlanmasını müşahidə edərək Ayın hərəkəti, onun fazaları, habelə Yerdə suyun qabarma və çəkilmələri barədə məlumat əldə etmək olar.

İşıqla kölgələrin yerdəyişməsi isə "Ay vaxtı" adlanacaq.


Ay Saatının konsepsiyası onu dünyanın istənilən yerində quraşdırmağa imkan verir.


Londondan sonra Avstraliyanın Melburn şəhərində də belə konstruksiyanın tikilməsi nəzərdə tutulub.


"Aluna" Londondakı Qrinviç yarımadasında, tarixi Droudok səmti və məşhur "Millennium Dome"un yaxınlığında tikiləcək.


Eni 40 metr, hündürlüyü 13 metr olacaq "Aluna" 5 milyon funt-sterlinqə başa gələcək.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.