Elm

Alimlər ilk dəfə Venera planetinin göy qurşağını çəkdilər - FOTO

12 Mart 2014 15:47
0 Şərh     Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya və Almaniyadan olan alimlər ilk dəfə olaraq başqa bir planetdə göy qurşağına bənzəyən "qloriya" adlanan atmosfer hadisəsini çəkiblər.

Milli.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Qloriya - buludlarda kölgənin arasında göy qurşağına bənzəyən işıltıdır. Bu hadisə göydə uçan təyyarənin və ya dağ başında dayanan insanın kölgəsinin ətrafında yarana bilir. Qloriyanı onun mərkəzi ilə işıq mənbəyinin ortasında dayanarkən görmək olur.

Adi göy qurşağı kimi qloriya da günəş şüasının sınması nəticəsində yaranır. Alimlər indiyə qədər belə hadisəni yalnız Yer panetində müşahidə ediblər.

Günəş sistemi araşdırmalar institutunun əməkdaşı Markivikts Voytsix, onun rusiyalı həmkarları Yelena Petrova və Nikolay İqnatyev Venera qloriyasını "Venera ekspress" zondu vasitəsi ilə izləyiblər. Alimlər kükürd turşusundan formalaşan buludları çəkərkən qloriyanı görüblər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.