Maraqlı

Sensasiya? İnsanı gözəgörünməz edən plaş yaradıldı - VİDEO - FOTO

11 Dekabr 2012 10:13
0 Şərh     Baxış: 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu parçanı üstünə salan əsgər gözəgörünməz olur.

Kvant "Stealth" kamuflyaj texnologiyası parçanın üzərinə düşən işıq dalğalarını difraksiya edərək qaytarır və nəticədə parça ətrafdakı şəraitin tam təkrarına çevrilir.

Milli.Az CNN-ə istinadən bildirir ki, "Need to Know" adlı tədqiqat işləri nəticəsində hazırlanmış "Stealth Quantum" parçası ondan istifadə edən şəxsi ətrafdan əsla fərqləndirmir və nəticədə həmin adam gözəgörünməz olur.

Kanadadakı "Hyperstealth Biotechnology Corp" şirkəti bu texnologiyanın müəllifidir. Fəqət, şirkətin baş direktoru Qay Kramer texnologiya barədə təfərrüatlı məlumat verməkdən imtina edib.

"Yalnız onu deyə bilərəm ki, material işıq dalğalarının parçanın ətrafında əyilməsi və əks olunması prinsipinə əsaslanır. Bunun nəticəsində də parçanı üstünə salan adam ətrafdan əsla fərqlənmir", - Kramer söyləyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.










Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.