Maraqlı

Göz qələmini 3 aydan artıq işlətməyin

26 Mart 2015 23:25
4 Şərh     Baxış: 2 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kosmetik vasitələr qadınları gözəl göstərə bilər, ancaq düzgün istifadə edilməyəndə xoşagəlməz nəticələrə səbəb olar.

Milli.Az axşam.az-a istinadən kosmetika istifadəsindəki səhvləri təqdim edir:

1. Kosmetikanı təmiz əllərlə dərinizə vurun.

2. Kosmetik vasitələri quru, günəş işığından uzaq, qaranlıq yerdə ağzı bağlı saxlayın.

3. Onları ancaq özünüz istifadə edin, başqaları ilə paylaşmayın.

4. Kosmetik məhsulları bir biriləriylə qarışdırıb "yeni məhsul" əldə etməyə çalışmayın. "Yeni məhsul"unuz heç bir keyfiyyət standartına cavab vermədiyi üçün məsləhətli deyil.

5. Bitmiş şampun, bədən geli, üz təmizləmək üçün vasitələrinizə su doldurub işlətməyin. Bunun heç bir mənası yoxdur, su doldurmaqla o məhsulu tamamilə məhv edirsiniz, sizə faydası olmaz.

6. Aldığınız vasitələri təyinatı üzrə istifadə edin. Dodaq boyasını ənlik kimi, yaxud dodaq qələmini göz qələmi kimi deyil.

7. Kosmetik vasitələrin son istifadə tarixlərinə mütləq diqqət edin. İstifadə tarixi keçən şeyləri atın. Göz qələmlərinizi açandan sonra ən çoxu 3 ay işlədin.

8. Dərinizin xüsusiyyətinə uyğun məhsullar alın. Quru və ya yağlı dərilər üçün olduqlarına fikir verin.

9. Onları inandığınız yerlərdən alın.

10. Makiyajınızı gecə mütləq təmizləyib yatın.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.