Hadisə

Azərbaycanda daha bir yol çökdü - 4 kəndlə əlaqə çətinləşdi - VİDEO - FOTO

25 Oktyabr 2016 21:04
0 Şərh     Baxış: 1 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı - İsmayıllı bölgəsində sürüşmələr səngimək bilmir.
ARB TV xəbər verir ki, yağan güclü yağışlardan sonra artıq bir həftədir ki, rayon ərazisində mövcud olan sürüşmə fazaları aktiv şəkildə özünü büruzə verir.

Daha bir magistral yolda baş verən sürüşmə bu dəfə 4 kəndin gediş-gəlişini çətinə salıb. Sözügedən avtomobil yolu 4 kəndi şəhər mərkəzi ilə birləşdirən yeganə yoldur. Bəzi nöqtələrdə yolun hərəkət zolağı tamamilə dağılıb.

Məlumata görə, yolda sürüşmə hər gün artır və uçqunların miqyası gündən-günə çoxalır. 4 sürüşmə nöqtəsinin sonuncu dayanacağı Hacılı kəndinin yaxınlığında yerləşir. Sürücülər avtomobil yolundan istifadədə çətinlik çəkdiklərini bildirirlər. Şamaxı-Qızmeydan yolu iki il öncə istifadəyə verilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda daha bir yol çökdü - 4 kəndlə əlaqə çətinləşdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.