Hadisə

İdarəetməni itirən sürücü öldü - VİDEO

28 İyul 2016 18:03
1 Şərh     Baxış: 2 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaşda sürücünün dünyasını dəyişməsiylə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az EL TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Ağdaş-Ərəbocağı avtomobil yolunun 11-ci kilometrliyində qeydə alınıb.

Rayon sakini, 1982-сi il təvəllüdlü Ramin İsgəndərov minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. O, hadisə nəticəsində aldığı ağır bədən xəsarətləri səbəbindən dünyasını dəyişib. İlkin ehtimala görə hadisəyə səbəb kimi avtomabilin yüksək sürətlə idarə olunması göstərilir.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İdarəetməni itirən sürücü öldü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.