Hadisə

MİQ-23 döyüş təyyarəsi qəzaya uğradı

9 Fevral 2016 13:27
0 Şərh     Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Liviya Hərbi Hava Qüvvələrinə aid bir döyüş təyyarəsinin Dərnə şəhərində qəzaya uğradığı bildirilir. 

Milli.Az avropa.info-ya istinadən bildirir ki, Liviya ordusunun zabiti polkovnik Səid Milad verdiyi açıqlamada MİQ-23 tipli döyüş təyyarəsinin döyüş əmrini yerinə yetirdikdən sonra geri dönüşdə qəzaya uğradığını deyib. 

O, təyyarənin Dərnə şəhərindəki əl-Ərbəin qəsəbəsində yerləşən İŞİD mövqelərinə qarşı hava hücumları təşkil etdiyini, geri qayıdarkən mühərrikində yaranan nasazlıq səbəbilə qəzaya uğradığını bildirib. Əldə olunan məlumata görə, təyyarənin pilotu paraşütlə atlayaraq sağ qala bilib. 

Digər tərəfdən, Dərnə və ətraf bölgələrdə hökumət qüvvələrinə qarşı mübarizə aparan müxalif qüvvələr təyyarənin texniki nasazlıq səbəbilə qəzaya uğraması xəbərini təkzib ediblər. Onlar təyyarənin özləri tərəfindən vurulduğunu söyləyiblər. 

Qeyd edək ki, Liviyada Dərnə və ətraf bölgələrindəki müxaliflər İŞİD və ölkənin şərqindəki Nümayəndələr Palatasının tabeliyində olan silahlı qüvvələrə qarşı döyüşürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.