Hadisə

Zaqatalada dəhşət: pula görə gəncin hər iki əlini kəsdilər - YENİLƏNİB - VİDEO - TƏFƏRRÜAT

29 Noyabr 2015 18:01
95 Şərh     Baxış: 26 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:01

Zaqatalada 26 yaşlı gəncə xüsusi amansızlıqla xəsarət yetirilib. 

Milli.Az anspress-ə istinadən bildirir ki, noyabrın 29-na keçən gecə iki Zaqatala rayonu sakini Vüsal Bəşirovun qollarını bilək nahiyəsindən kəsib.

Hər iki əlini itirən Vüsal Bəşirovun atası Vahid Bəşirovun anspress-ə verdiyi məlumata görə, oğlu ilə yoldaşlıq münasibətləri olan Rəşad adlı şəxs axşam saatlarında Vüsalı evdən çağıraraq onunla söhbət etmək istədiyini bildirib. 

Vüsalın atasının narahat olduğunu görən Rəşad ona deyib ki, oğlu ilə sadəcə hal-əhval tutmaq istəyir. Bundan sonra Rəşad və onunla olan digər rayon sakini Vüsalı maşınla rayona yaxın ərazidə yerləşən asma körpü deyilən çaylağa aparıblar. Bundan yarım saat sonra isə həmin şəxslər Vüqar Bəşirova zəng vuraraq, oğlunun əllərini biləkdən kəsdiklərini söyləyiblər. Eyni zamanda bildiriblər ki, əgər oğlun sağ qalıbsa, indi xəstəxanaya aparılır, gedib orada görə bilərsən. 

Dərhal xəstəxanaya gələn ata oğlu ilə xəstəxananın girişinda qarşılaşıb. Həkimlər ağır vəziyyətdə olan gəncə dərhal ilkin tibbi yardım göstərib və üzərində cərrahiyyə əməliyyatı aparıblar. Hazırda 26 yaşlı Vüsal Bəşirovun vəziyyəti ağırdır. 

Cinayət zamanı şübhəli şəxslər baltadan istifadə ediblər. Atası həmçinin yeganə övladı olan oğlunun bir müddətdir vərəm xəstəliyindən əziyyət çəkdiyini də bildirib. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsindən anspress-ə bildirilib ki, hələlik hadisəni törədənlərdən heç kim saxlanılmayıb. Hazırda şübhəli şəxslərin tutularaq, istintaqa cəlb olunması ilə əlaqədar əməliyyat tədbirləri keçirilir. 

----------

11:52

KANAL S (REGİON TV) xəbər verir ki, Zaqatalada 26 yaşlı bir gəncin müəmmalı şəkildə qolları kəsilib. Hadisə dünən axşam saat 23:45-də baş verib. Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan, 1989-cu il təvəllüdlü Bəşirov Vüsal Vahid oğlunun hər iki qolu bilək naiyəsindən tamamilə kəsilib. Zərərçəkən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun üzərində təcili cərrahiyyə əməliyyatı aparılıb. Hələlik hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi barədə dəqiq məlumat yoxdur. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsi tərəfindən hadisəni törədən şəxs və yaxud şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində araşdırmalar aparılır.

Milli.Az

-------------

15:53

Videonu izləmək üçün şəkilə klikləyin.

Zaqatalada dəhşət: pula görə gəncin hər iki əlini kəsdilər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.