Hadisə

Əsəbi zəiflər baxmasınlar: Bakıda dəhşətli avtobus qəzası - FOTO

26 Aprel 2015 11:02
7 Şərh     Baxış: 13 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Zabrat-Maştağa yolunda dəhşətli qəza baş verib.

"Qafqazinfo"nun əməkdaşı qəza baş verən an hadisə yerində olub. Və həmin qəzadan qalan görüntüləri lentə alıb.

Hadisə nəticəsində 10 MO 927 nömrə nişanlı "VAZ 21 07" markalı minik avtomobili ilə marşrut avtobusu qarşı-qarşıya gələrək toqquşublar.

Qəzada bir neçə şəxs xəsarət alıb. "VAZ 21 07"nin sürücüsü ölümcül yaralanıb. Bir neçə dəqiqə sonra qəza yerinə təcili yardım və polis əməkdaşları gəliblər.

Həmin sürücü yoldan keçən vətəndaşların da köməkliyi ilə təcili yardım maşınına yerləşdirilərək, xəstəxanaya çatdırılıb.

Qəza bir neçə digər maşının da toqquşmasına səbəb olub.

Böyütmək üçün şəkillərə klikləyin.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.