Hadisə

Bakıda əzilmiş maşının sürücüsü ölü tapıldı

22 Noyabr 2014 09:32
0 Şərh     Baxış: 1 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə Bakının  Sabunçu rayonunda qeydə alınıb.
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1979-cu il təvəllüdlü Quliyev Elşən Rəşid oğlu idarə etdiyi "Mitsubishi" markalı minik  avtomobilində aldığı bədən xəsarətlərindən  hadisə  yerində  keçinib.
 
Xilasedicilər sıxılmış  vəziyyətdə qalmış  cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:41-də başa çatıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.