Hadisə

Azərbaycanda quşlar evi yandırdılar

6 Aprel 2014 14:22
0 Şərh     Baxış: 2 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mingəçevirdə  qəribə yanğın hadisəsi  baş  verib.

Milli.Az El TV-yə istinadən bildirir ki, Mingəçevir şəhəri  Nİzami 19/1 ünvanındakı bina yanğın təhlükəsi ilə  üzləşib. Binanın çardağında yuva quran yüzlərlə çöl göyərçininin tullantısı istidə qızaraq tüstülənib.

Bununla əlaqədar sakinlər dərhal Yanğından Mühafizə Xidmətinə məlumat veriblər. Sakinlərin  və yanğınsöndürmə dəstəsinin cəld hərəkəti nəticəsində yanğının qarşısını alınıb.

Qeyd  edək ki, Sovetlər dövründə inşa edilən binanın çardağında uzun müddətdir çöl göyərçinləri  məskunlaşıb.  Çardaqda isti havalarda quşların tullantılarının  qızaraq  tüstülənməsi  birbaşa  yanğın təhlükəsidir.  Belə ki,  binanın dam örtükləri  tamamilə istifadəyə yararsız vəziyyətdə olduğundan  çardaqda  çoxlu sayda  qırıntılara və quşların tulantılarına  rast gəlinir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.