Hadisə

Təhlükəli azərbaycanlı cani məhkəmədən qaçdı

28 Mart 2015 22:10
0 Şərh     Baxış: 4 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Volqoqrad şəhərinin Traktorzavodsk rayon məhkəməsindən Həsənov familiyalı təhlükəli cani qaçıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, 49 yaşlı Azərbaycan vətəndaşı xüsusi qəddarlıqla qətl törətmək, qanunsuz silah saxlamaq ittihamları ilə təqsirli bilinərək 15 il həbs cəzasına məhkum edilib.

Məhkum həbs cəzası başa çatdıqdan sonra onu Azərbaycana deportasiya etmək üçün məhkəməyə aparıblar. Məhkəmədə azərbaycanlı cinayətkarın Azərbaycana deportasiyası üçün sənədlərin tərtib edilməsi zamanı Həsənov məhkəmə nəzarətçilərinin səhlənkarlığından istifadə edərək qaçıb.

Həsənovun kamera yoldaşlarının bildirdiyinə görə, o, həbsdə qaldığı bütün müddət ərzində Volqoqrad şəhərində kimdənsə qisas almaq barədə planlar qururdu. Hüquq-mühafizə orqanları onun barəsində axtarış elan edib, əhaliyə ehtiyatlı olmaq barədə xəbərdarlıq olunub və şübhəli şəxs gördükdə polisə xəbər vermək xahiş edilib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.