Texnologiya

WhatsApp Facebook-u geridə qoydu

26 Oktyabr 2014 10:43
0 Şərh     Baxış: 1 187
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda geriləyən mesajlaşma tətbiqi isə Facebook-un Messenger-idir

WhatsApp son göstəricilərinə görə bütün rəqiblərini geridə qoyub.

Anspress-in məlumatına görə, "Blackberry Messenger"in də mesajlaşma bazarına girişindən sonra vəziyyət daha da qızışıb. Mesajlaşma platformasında rəqabətin artmasına baxmayaraq "WhatsApp" hələ də rəqiblərindən bir addım qabaqdadır.

Eyni zamanda, mesajlaşma xidmətinə yeniliklərlə qoşulan "Blackberry Messenger" və "Line"nın son bir neçə həftə ərzində xeyli sayda yeni istifadəçi əldə etdiyi də bildirilir.

Son zamanlar yeni mesajlaşma tətbiqlərinin uğur qazanması isə bazardakı digər rəqiblərin geriləməsi mənasını verir. Hazırda bu enişə məruz qalan mesajlaşma tətbiqi isə Facebook-un Messengeridir.

"One Device Research"ün beş ölkədə apardığı araşdırmaya görə, hazırda insanların 44%-i WhatsApp-dan, 35%-i isə Messenger-dən istifadə edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.