Texnologiya

Fərd kompüter bazarı "dirilir"

31 Avqust 2014 18:27
0 Şərh     Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
International Data Corporation (IDC) analitiklərinin proqnozuna görə, 2014-cü ilin yekununa görə qlobal fərdi kompüter (FK) bazarının həcmi 3,7% azalacaq (303,5 milyonadək) ki, bu da ekspertlərin əvvəlki proqnozu ilə müqayisədə 6% aşağıdır.

Analitiklər bildirirlər ki, inkişaf etməkdə olan ölkələrdə FK-yə tələbat əvvəlki kimi planşet kimi alternativ qurğuların, həmçinin iqtisadi və siyasi amillərin mənfi təsiri altındadır. Bununla belə, 2014-cü ilin birinci yarısında korporativ sektorda yüksək satışlar və inkişaf etmiş regionlarda istehlakçı tələbatının bərpası nəticəsində kompüter sənayesində vəziyyət yaxşılaşıb ki, bu da ikinci yarımilliyin nəticəsində özünü göstərəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ildə mütəxəssislər inkişaf etmiş ölkələrdə FK tədarükünün artımını 5.6% səviyyəsində gözləyirlər ki, bu da 2010-cu ildən etibarən ən yüksək irəliləmə göstəricisidir. İnkişaf etməkdə olan iqtisadiyyata malik dövlətlərdə qurğuların buraxılışı 181,9-dən 162,7 milyonadək azalacaq. Bu ölkələrdə vəziyyət yaxın illərdə sabitləşəcək və 2018-ci ildə inkişaf etməkdə olan regionlarda FK bazarının həcmi 161,8 milyon qurğu təşkil edəcək.

Dörd il sonra qlobal FK tədarükünün həcmi 291,1 milyona çatacaq ki, bu göstəricinin 170 milyonu noutbukların, 121,1 milyonu isə masaüstü kompüterlərin payına düşəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.