Texnologiya

Samsung-un hədiyyəli kampaniyası azərbaycanlılara şirkətin yeni smartfonu Galaxy S5-i qazanmaq imkanı verir

8 Aprel 2014 12:45
Baxış: 1 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aprel ayının 11-dən etibarən Samsung şirkəti yeni Galaxy S5 smartfonunun dünyanın hər bir yerində satışına start verəcək. Şirkət Azərbaycandakı müştəriləri də kənarda qoymayıb, onlara yeni Galaxy S5-i öncədən sifariş vermək imkanı yaradıb.

Bununla bərabər, Samsung şirkəti azərbaycanlıları hədiyyəli kampaniyada iştirak etməyə dəvət edir və onlara yeni Galaxy S5, Gear Fit və ya Gear 2 sahibi olmaq şansı verir. "Birinci Ol" adlanan yarışmada iştirak etmək üçün Bakı şəhərinin beş müxtəlif nöqtəsində yerləşdirilmiş Galaxy S5 stendlərinin ən azı bir stendin önündə şəkil çəkdirib, onu facebook.com/samsungazerbaijan səhifəsində yerləşdirmək kifayətdir. Daha çox stendin qarşısında şəkil çəkdirən və onu yuxarıda qeyd olunan Facebook səhifəsində yerləşdirən insanlar qalib olmaq şanslarını artırırlar.

Galaxy S5 stendlərinə baş çəkmək və yarışmada iştirak etmək istəyənlər aprel ayının 2-sindən 10-una qədər saat 16:00-20:00 arası Park Bulvar, 28 Mall, Metropark, Megafun və Aygün City Mall alış-veriş mərkəzlərinə yaxınlaşa bilərlər.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.