Texnologiya

Sosial şəbəkələrə qadağa müzakirə olundu

7 Aprel 2014 20:15
0 Şərh     Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə sosial şəbəkələrə qoyulan qadağa dünyanın beynəlxalq təşkilatları tərəfindən birmənalı olaraq qəbul edilməyib. Rəsmi Ankaranın ölkədə keçirilən bələdiyyə seçkilərindən öncə Twitter və YouTube videopaylaşım saytına girişlərin əngəllənməsi müəyyən tənqidlərə rəvac verib. Öncə qeyd edək ki, seçkidən dərhal sonra Ankara İdarə Məhkəməsi Twitter qadağası ilə bağlı verilən qərarının icrasını dayandırıb. Belə ki, Türkiyə Barolar Birliyi, Ankara Barosu, Türkiyə Jurnalistlər Cəmiyyəti, MHP bu sosial şəbəkə ilə bağlı qadağanın aradan qaldırılması üçün idarə məhkəməsinə müraciət edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şikayət ərizələrində məhkəmə qərarının təkcə Twitterə deyil, eyni zamanda bəzi linklərə istiqamətli olduğu da qeyd edilib. Bu qərardan sonra Türkiyədə Twitterə giriş bərpa olunub.

Hətta Türkiyə məhkəməsinin bu qərarı Avropada müəyyən tənqidlərin səslənməsinin qarşısını ala bilməyib. Belə ki, Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Türkiyənin Twitter və YouTube saytlarına qadağa qoyduğu üçün müəyyən fikirlər söyləyiblər. Onlar rəsmi Ankaranı bloka qoşulmaq üçün uzun müddətdir edilən cəhdlərini nəzərə almaqla, ifadə azadlığına hörmət etməyə çağırıblar.

Afinada bir araya gələn Aİ xarici işlər nazirləri son vaxtlarda Twitter və YouTube kimi saytlara girişə qadağa qoyulması məsələsini müzakirə ediblər.

Onlar bildiriblər ki, əgər Ankara hələ də Aİ-yə daxil olmaq arzusundadırsa, İttifaqın dəyərlərinə əməl etməlidir. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer görüşdən sonra deyib ki, İttifaqa üzv olmaq üçün təkcə Avropa dəyərlərinə hörmət etmək kifayət deyil, onları müvafiq olaraq təcrübədən keçirmək də tələb olunur: İnternet məlumatlarına girişə qadağa qoyulması, fikir və mətbuat azadlığının məhdudlaşdırılması ilə razılaşmaq olmaz.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton isə vurğulayıb ki, sosial media Türkiyədəki insanlar üçün mühüm rol oynayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.