Texnologiya

56 milyon rusiyalı hər gün...

5 Aprel 2014 22:36
0 Şərh     Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İnterfaks agentliyi yazır ki, İctimai rəy fondunun tədqiqatına əsasən, gündə ən azı bir dəfə internetə daxil olan rusiyalıların sayı 56,3 milyon nəfər təşkil edir. Bir il əvvəl bu göstərici 43 faiz və ya 50,1 milyon olub.

Fondun məlumatına görə, 5 il bundan əvvəl Rusiyada aktiv internet auditoriyasının payı 22 faiz və ya 25,8 milyon təşkil edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ayda ən azı bir dəfə internetə daxil olan rusiyalı istifadəçilərin illik artım tempi 7 faiz təşkil edib. Bir günlük auditoriya üçün bu göstərici 12 faizə bərabərdir.

Moskva və Sankt-Peterburq şəhərlərində internet istifadəçiləri müvafiq olaraq 73 və 72 faiz təşkil edir. Kənd yerlərində və kiçik şəhərlərdə artım tempi 5 faiz təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.