Texnologiya

12 milyon insan Office-i seçdi

5 Aprel 2014 18:58
0 Şərh     Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
iPad üçün Office ofis tətbiqi paketinin ixtisaslaşdırılmış versiyasının elanından 1 həftə ötüb. Bu müddət ərzində Appleın planşetləri üçün Word, Excel, PowerPoint və OneNote 12 milyon dəfədən çox yüklənilib. Microsoft bu uğuru haqda Twitter mikrobloqlar xidmətindəki səhifəsində yazıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, proqram nəhəngi Office ofis paketinin iPad versiyasını martın 27-də Microsoftun San-Fransisko şəhərində keçirilmiş mətbuat konfransında təqdim edib. Ofis paketinə Word mətn redaktoru, Excel cədvəl redaktoru, həmçinin təqdimatların hazırlanması üçün PowerPoint proqramı daxildir.

iPad üçün Office paketi freemium modeli üzrə yayılır, yəni App Store onlayn mağazasından tətbiqi yükləmək və onun köməyilə Word, Excel və PowerPoint formatlı sənədləri ödənişsiz açmaq olar, lakin redaktə və bu formatlı faylların yaradılması üçün məbləğ ödəmək lazımdır. Office 365 üçün illik abunənin qiyməti 99 dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.