Yeni planşetlərin 7, 8 və 10 düym diaqonallı ekranla təchiz edilmiş versiyaları mövcuddur. Şirkət ümumilikdə 1,2 QHs takt tezlikli dördnüvəli prosessor və Android 4.4 KitKat əməliyyat sistemi ilə işləyən üç yeni planşet nümayiş etdirib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni aparat Wi-Fi (bütün modellər), həmçinin 4G (bütün modellər) və 3G (7 və 10 düym modellər) şəbəkələri vasitəsilə internetə çıxış imkanına malikdir. Cihazların qiyməti və satışa çıxarılış tarixi haqda hələ ki dəqiq məlumat yoxdur. 7 düymlük versiyada daxili yaddaşın həcmi 8 QB, digərlərində 16 QB-dır. Planşetlər, həmçinin video əlaqə üçün 3 meqapiksellik kamera ilə təchiz edilib.
Hər üç model 1280x800 piksel təsvir ölçüsünə malikdir.
Milli.Az