Mobil telefon

Windows Phone 8.1 hazırlanır

1 Aprel 2014 23:35
1 Şərh     Baxış: 1 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Microsoft şirkəti Windows Phone 8.1 əməliyyat sisteminin üzərində aparılan işləri başa çatdırır və artıq smartfon istehsalçılarına sonuncudan əvvəlki versiyanı göndərib. Bu platforma ilə işləyən yeni qurğular artıq aprelin 23-də pərakəndə bazara çıxarılacaq. Bu barədə etibarlı mənbələrə istinadən Windows Phone Central saytı yazıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, saytda üç həftə sonra məhz hansı modellərin satışa çıxarılacağı barədə dəqiq məlumat yoxdur.

Windows Phone 8.1 platforması 2-4 aprel tarixlərində San-Fransiskoda keçiriləcək Microsoft BUILD 2014 konfransı çərçivəsində nümayiş etdiriləcək. Bu tədbirdə yeni əməliyyat sistemi ilə işləyən cihazların elanı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.