Texnologiya

WhatsApp-ın "qatili" hazırlandı - FOTO

27 Mart 2014 18:27
4 Şərh     Baxış: 4 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Son vaxtlar mobil telefonlar üçün messencer proqramlarının sayı sürətlə artır. Bir-birlərinə həddən ziyadə bənzəyən proqramlar sanki yağışdan sonra göbələk təki çoxalırlar.


Lakin bu proqram boz, yeknəsək kütlədən seçilir

Bu proqram internet olmadan da ismarıclar yollamağa imkan verən FireChat anonim messenceridir.


Milli.Az bildirir ki, ismarıcların anonim şəkildə göndərilməsi üçün FireChat proqramı Wi-Fi ilə yanaşı, "peer-to-peer" modulu və Bluetooth-dan da istifadə edir.


Belə rabitə modullarının fəaliyyət radiusu məhdud olsa da, FireChat problemin çox sadə həllini tapıb. Bir-birlərindən həddən artıq uzaqda olmayan və FireChat yazılmış smartifonlar şəbəkə qovşaqları rejimində çalışırlar.


Beləliklə, bir nəfər ondan çox uzaqda olan digərinə arada FireChat-lı telefon varsa, ismarıc, foto və ya məlumat yollaya bilər.

"Crowdsourced" şirkətinin məhsulu olan FireChat internet olmadığı halda da fotoların yollanmasına və mübadiləsinə imkan verir.


Məsələn, dağlıq yerlərdə, mobil rabitənin olmadığı məkanlarda, habelə metroda FireChat heç bir problem olmadan çalışır.


FireChat-da adi akkauntlar olmadığından qeydiyyata ehtiyac yoxdur. Adı və ya niki yazaraq ünsiyyətə başlamaq mümkündür. Bu minvalla istifadəçilərin anonimliyi qorunur.


iPhone smartfonlarında FireChat internet və ya mobil rabitənin olmadığı təqdirdə "Multipeer Connectivity Framework" (MCF) funksiyasından yararlanır.
 

Proqramı bu ünvandan smartfona yükləmək olar.
 

Mütəxəssislər FireChat-ı "WhatsApp-ın qatili" adlandırırlar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.