Bundan əlavə, televiziya tamaşaçılarının 41 faizinin televizora baxan zaman eyni anda mobil qurğulardan istifadə etməsi diqqət çəkir. Həmçinin tamaşaçıların 70 faizinin verilişlərin mövzusu ilə əlaqəsi olmayan kontentlə maraqlanması xüsusilə qeyd edilməlidir. Hesabata əsasən, televiziya reklamı digər mövzularla müqayisədə hələ də daha çox diqqət cəlb edir və iri şirkətlər arasında üstünlüyə malikdir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, televiziya reklamına marketinq büdcəsi mobil büdcəni xeyli üstələyir. Lakin mobil qurğuların populyarlığının artması ilə vəziyyətin tezliklə dəyişəcəyi gözlənilir. Bu yaxınlaradək şirkətlər smartfon və planşetlərdə reklama vəsait qoyuluşuna çox səy göstərmirdilər. Belə ki, onları bundan texnologiyalar və auditoriyanın hesablanması ilə bağlı çətinliklər çəkindirirdi. Hazırda isə belə maneələrə daha az rast gəlinir.
eMarketer şirkətinin 2013-cü il üçün hesabatında deyilir ki, ilin yekunları üzrə amerikalılar hər gün öz smartfon və planşetlərinə təxminən 2 saat 21 dəqiqə vaxt sərf edəcəklər. 2010-cu ildə onlar mobil qurğulardan istifadəyə danışıq vaxtı daxil olmamaqla cəmi 24 dəqiqə sərf edirdilər.
Bununla yanaşı, televiziya Böyük Britaniya, Fransa və İspaniya kimi ölkələrdə smartfonlardan populyar olaraq qalır. Noutbuklardan isə daha çox Rusiya, Macarıstan, Polşa və Slovakiya istifadəçiləri yararlanır.
Milli.Az