Texnologiya

Barak Obama da Android-i seçəcək?

27 Mart 2014 20:38
0 Şərh     Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ağ Ev Samsung və LG şirkətlərinin istehsalı olan smartfonları sınaqdan keçirir. Məlum olduğu kimi, ABŞ prezidenti rabitə əlaqəsi üçün məxfilik xüsusiyyətlərinə və telefon siqnalının şifrlənməsi üsullarına görə yüksək tələblərə cavab verən Kanadanın BlackBerry şirkətinin eyniadlı modifikasiya edilmiş smartfonlarından istifadə edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Müdafiə Nazirliyinin nümayəndəsi təmsil etdiyi qurumla birlikdə müxtəlif mobil qurğuların pilot sınaqlarının keçirilməsi faktını inkar etməyərək ətraflı məlumat verməkdən imtina edib. Samsung nümayəndələri isə qeyd ediblər ki, dövlət sektoru tərəfindən öz məhsullarına böyük maraq var. LG şirkətinin mətbuat katibi belə sınaqların keçirilməsindən ümumiyyətlə xəbərdar olmamasını bəyan edib.

On ildən çox müddət ərzində BlackBerry smartfonları ABŞ hökumətinin mobil rabitəsini təmin etməklə yüksək təhlükəsizlik standartlarına zəmanət verib. Sirr deyil ki, dövlət sektorunda bu qurğuların liderliyinə son vaxtlar iPhone smartfonlarından istifadə xeyli təsir göstərib. Bildirilir ki, prezident Barak Obama məlumatları oxumaq üçün iPad planşetlərindən istifadə etsə də, Apple şirkətinin istehsalı olan smartfonlar sınaq proqramının tərkib hissəsi deyil.

IDC analitik şirkətinin məlumatına görə, bir vaxtlar Şimali Amerikanın smartfonlar bazarının təxminən yarısına sahib olan BlackBerrynin payı hazırda 0,6 faizədək azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.