Mobil telefon

Android-li Nokia-ya tələbat çoxdur

18 Mart 2014 23:53
0 Şərh     Baxış: 2 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nokia şirkəti Twitter mikrobloqunda elan edib ki, Çində Nokia X smartfonlarına ilkin sifarişlərin sayı 1 milyona çatıb. Nokia X smartfonu 2014-cü il fevralın sonunda təqdim edilib. Aparatın əsas xüsusiyyəti Android platforması ilə işləməsidir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, model 1 QHs takt tezlikli Qualcomm Snapdragon 200 ikinüvəli prosessoru, 512 MB əməli yaddaş qurğusu, 4 QB daşıyıcı ilə təchiz edilib və 32 QB-dək yaddaş kartlarını dəstəkləyir. Qurğu 800x480 nöqtə təsvir ölçülü 4 düymlük ekran, 5 meqapiksellik işıqlandırıcısız kamera, 1500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib və iki SİM kart dəstəkləyir.

Nokia X seriyasına məxsus smartfonlarda Nokia və Microsoft şirkətlərinin xidmətləri istifadə edilib: HERE kartoqrafiyası, Nokia MixRadio musiqi xidməti, Microsoft Bing axtarış sistemi, OneDrive saxlancı və s. Google Play tətbiq mağazasına giriş yoxdur, lakin Nokia Store, "Yandeks.Store" və başqa kənar kataloqlara giriş var.

Çində Nokia X smartfonunun qiyməti 599 yuan (təxminən 97 dollar) təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.