Mobil telefon

Samsung telefonlarında problem var

17 Mart 2014 20:15
1 Şərh     Baxış: 3 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi Samsung telefonlarında bekdor aşkar edildiyi haqda xəbərdarlıq edib.

Milli.Az ICTnews-a istineadən bildirir ki, mövcud olan boşluq radiomodem və Android əməliyyat sistemi arasında əlaqəni təmin edərək proqram komponentində olan xətadan yaranıb. Proqramçılar bu təhlükəli boşluğu Galaxy ailəsindən olan Samsung smartfonlarında və planşetlərində aşkar ediblər. Belə ki, bu boşluğun köməyilə yoluxmuş qurğunun fayl sisteminə giriş etmək mümkündür.

Təhlükəyə məruz qalan modellər içərisinə Nexus S, Galaxy S, Galaxy S 2, Galaxy Note, Galaxy Nexus, Galaxy Tab 2, Galaxy SIII və Galaxy Note 2 daxildir.

Məlumat üçün bildiririk ki, bəzi modellərdə bu proqram təminatı istifadəçinin şəxsi məlumatlarına ciddi dəyişiklik etmək kimi imtiyazlara malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.