Mobil telefon

Casus smartfonlar satılır

15 Mart 2014 17:55
1 Şərh     Baxış: 1 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
MSpy şirkəti sahibindən xəbərsiz əvvəlcədən casus proqramlar quraşdırılmış smartfon modellərinin satışlarına başlayıb. Bu qurğuların əsas auditoriyası öz əməkdaşlarını izləmək istəyən işə götürənlər, uşağı haqqında hər şeydən xəbərdar olmaq istəyən valideynlər, həmçinin həyat yoldaşlarıdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mSpy şirkətinin casus içliyi smartfonda istənilən aktivliyi izləməyə bilir: zəng və daxil olunan saytların tarixçəsi, elektron poçt vasitəsilə, WhatsApp, iMessage, Viber messencerlərində yazışma. Həmçinin təqvimdəki hadisələr, səs və düymələrin sıxılmasını qeydə alır, mikrofon vasitəsilə ətrafı gizlicə dinləyir, GPS üzrə yeri müəyyən edir.

Bütün informasiya istifadəçidən xəbərsiz serverlərə göndərilir. Casus smartfonun sifarişçisi mSpy saytındakı şəxsi kabinetindən məlumatlara baxa bilər. Həmçinin şəxsi kabinetdən qurğunu məsafədən blok edə və onun tərkibini silə bilər.

MSpy şirkətinin yaradıcısı belaruslu 27 yaşlı Andrey Şimanoviçdir. O, bu yaxınlarda Nyu-Yorka köçüb. Şirkət casus proqram təminatını HTC One, Nexus 5, Samsung Galaxy S4 və iPhone 5S daxil olmaqla müasir modellərə əvvəlcədən quraşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.