Texnologiya

WhatsApp-da çoxdan gözlənilən funksiya yaradıldı - FOTO

15 Mart 2014 12:00
0 Şərh     Baxış: 7 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
WhatsApp messencerində səsli və görüntülü danışıq funksiyasının olacağı barədə bir müddət əvvəl xəbər yayılmışdı. Ötən ay İspaniyada keçirilən Dünya Mobil Konqresində də şirkət təmsilçiləri bunu açıqlamışdılar.

Milli.Az Day.Az saytına istinadən bildirir ki, proqramda edilən yeniliklərin artıq ilk fotoları mətbuata sızıb. "iPhoneltalia" həmin fotoları yayıb. Fotolardan da görünür ki, messencerdə artıq video zənglər də mümkün olacaq.

Yenilənmənin dəqiq vaxtı açıqlanmır. Bunun 2014-cü ilin ikinci rübündə olacağı deyilib.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.