Mobil telefon

SMS spamları kimlər göndərir?

15 Mart 2014 21:14
0 Şərh     Baxış: 1 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Cloudmarkın qiymətləndirməsinə görə, bu ilin yanvarında amerikalılar tərəfindən 7726 xidməti vasitəsilə mətn fişinqinə qarşı edilmiş şikayətlərin sayı 78 faiz artıb. Bu ay fişinq hücumları ilə məşğul olan şəxslərin fırıldaq SMS mesajların tematik tərkibinə töhfəsi 55 faiz təşkil edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, əvvəlcədən ödənilmiş debet kartlarının, xüsusən AchieveCards-ın sahibləri fişinq hücumları ilə məşğul olan şəxslər üçün ən cazibədar hədəf olublar. İlin birinci ayında fişerlər tərəfindən həyata keçirilmiş SMS hücumların 54 faizi belə obyektlərin payına düşüb. Məsələ ondadır ki, əvvəlcədən ödənilmiş debet kartları, bir qayda olaraq, pisniyyətli fişerlərdən qorunub. Eyni zamanda belə kartlardakı vəsaiti bir çox bankomatlar vasitəsilə nağdlaşdırmaq olar.

Mobil hesablar üçün identifikatorlar yanvarda ikinci ən populyar fişinq obyekti olub. Cloudmarkun statistikasına əsasən, bu ay fişinq hücumlarının 30 faizi onların payına düşüb. Abunəçilərin hesabları üçün açarları ələ keçirmək üçün fırıldaqçılar teleoperatorların adından saxta SMS mesajlar göndəriblər. Ekspertlər deyirlər ki, belə hücumlar yaxşı hazırlığı ilə seçilib: fişinq imitasiyası praktiki olaraq səhvsiz görsənib.

Yanvarda yerdə qalan fırıldaq SMS mesajlar aşağıdakı qaydada təsnif edilir: işə düzəltmə - 9%; məhsulların reklamı - 8%; borc - 8%; pulsuz mükafat oyunları - 7%.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.