Mobil telefon

Bu ölkədə 700 milyon...

15 Mart 2014 19:16
0 Şərh     Baxış: 1 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çinin Umeng analitik şirkəti dünyanın nəhəng bazarı hesab edilən yerli smartfon bazarının vəziyyətini tədqiq edib.

Ekspertlərin hesablamalarına görə, 2013-cü ilin sonunda Çində aktiv smartfon və planşetlərin sayı 700 milyon ədədi ötüb. Ötən ilin birinci rübündə bu göstərici 380 milyon ədədə bərabər olub. Həmin qurğuların 57 faizinin qiyməti 330 dollardan azdır. Dəyəri 500 dollardan çox olan qurğuların Çinin mobil telefon bazarında payı 27 faiz təşkil edir ki, onların da 80 faizi iPhone modelidir.

Bununla yanaşı, çinlilərin qeyri-rəsmi proqram təminatı quraşdırmaq məqsədilə iPhone smartfonlarına müdaxiləsinin sayı azalıb. Belə ki, ötən ilin sonunda yerli istifadəçilərin 13 faizi bu addımı atıb, halbuki ilin əvvəlində bu göstərici 30 faiz təşkil edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Çin istehlakçıları arasında Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən populyar modellər onluğuna (aktivləşdirmə sayına görə) yalnız Samsung və Xiaomi şirkətlərinin qurğuları daxildir. Ölkədə daha çox tələbat Galaxy S3, Galaxy S4 və Galaxy Note II modellərinədir. Samsungun ölkədə Android sistemli smartfonların satışında payı 24 faiz, Lenovo və Huaweiin hərəyə 8 faiz, Xiaominin 7 faiz təşkil edir.

IDC analitiklərinin qiymətləndirməsinə görə, 2013-cü ilin dördüncü rübündə Çində 90,8 milyon smartfon buraxılıb ki, bu da bir il əvvəldən 4,3 faiz azdır. Ölkədə tədarük həcmində son dəfə mənfi göstərici 2011-ci ilin ikinci rübündə qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.