Milli.Az ICTnews-a istinadən bildirir ki, aparat IPS matrisli böyük 5,5 düymlük ekran, Android əməliyyat sisteminin 4.2.2 versiyasını, 1 QB əməli yaddaş və microSD kartı (32 qiqabaytadək həcm) ilə təchiz ediləcək. Ehtimal ki, smartfonda MediaTek çipi istifadə ediləcək. İkinci nəsil Redmi smartfonu iki versiyada (1,4 və 1,7 QHs takt tezliyi) istifadəçilərə təklif ediləcək. Həmçinin 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kamera söz veriblər.
Redmi smartfonu aprelin əvvəlində MiFan Festival festivalında elan edilə bilər. Yeni aparat sayəsində istehsalçı Tayvan, Honkonq və Sinqapurda öz mövqelərini gücləndirəcək, həmçinin Malayziya, İndoneziya və Tailand kimi yeni bazarlara çıxacaq.
Kapitalizasiyası 10 milyard dollar məbləğində qiymətləndirilən Xiaomi hələ ki dünyada bir o qədər tanınmır, lakin perspektivli şirkət hesab edilir. Yeni aparata ilkin sifariş üçün təxminən 7,5 milyon müraciət daxil olub.
Milli.Az