Mobil telefon

Windows Phone pulsuz olacaq?!

15 Mart 2014 20:15
0 Şərh     Baxış: 1 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Microsoft şirkəti Windows Phone (WP) mobil əməliyyat sisteminin bazar payının artırılması üçün onu Hindistanın Karbonn və Lava mobil texnika şirkətlərinə ödənişsiz təqdim edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hər iki şirkət Microsoftun yeni tərəfdaşları siyahısında yer alıb və onlar 2014-cü ilin ikinci yarısında WP ilə işləyən qurğularını təqdim edəcəklər. Nəşrin məlumatına görə, bir ildən çox şirkətlər arasında danışıqlar aparılıb və Microsoft öz əməliyyat sistemindən istifadəyə görə lisenziya ödənişlərini ləğv etdikdən sonra razılıq əldə olunub.

Nəşrin məlumatına görə, lisenziya ödənişlərinin ləğvi Microsoftun inkişaf etməkdə olan bazarlarda fəaliyyətini genişləndirmək cəhdidir. IDC-nin baş analitiki Manasi Yadavın fikrincə, Windows Phone əməliyyat sisteminin ödənişsiz yayımı bazarda onun payını artırmağa icazə verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.