Mobil telefon

İkisistemli smartfon satılacaq

15 Mart 2014 18:58
0 Şərh     Baxış: 1 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyanın üçüncü nəhəng smartfon istehsalçısı Çinin Huawei şirkəti Android və Windows Phone əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən ikisistemli smartfon ideyasını dəstəkləyərək belə modeli 2014-cü ilin ikinci rübündə təqdim etməyi planlaşdırır. Bu barədə şirkətin marketinq üzrə direktoru Şao Yanq Trusted Reviews nəşrinə müsahibədə bildirib.

Ş.Yanqın fikrincə, ikisistemli qurğu geni istifadəçi auditoriyasının diqqətini cəlb edəcək. Windows Phone əməliyyat sisteminə keçid əksər istifadəçilər üçün asan seçim deyil. Qurğu eyni anda istəyə uyğun keçidin mümkün olduğu həm Androiddən, həm də Windowsdan istifadəni təqdim edəndə seçim xeyli asanlaşır, - o, müsahibədə deyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət qurğunun texniki xarakteristikası və iki əməliyyat sistemi arasında keçidin xüsusiyyətləri barədə məlumatları hələlik açıqlamır. Bundan əvvəl Huawei dünya bazarına Windows Phone sistemli Ascend W1 və Ascend W2 smartfon modellərini təqdim edib. IDC analitik şirkətinin məlumatına görə, 2013-cü ilin yekunları üzrə Çin şirkəti smartfonların tədarük həcminə görə dünyada 4,9 faizlik payla və ya 48,8 milyon qurğu ilə üçüncü yeri tutmaqla yalnız Samsung və Apple istehsalçılarından geri qalıb.

Qeyd edək ki, ikisistemli smartfonların hazırlanması ilə məşğul olmasını bu yaxınlarda Microsoft korporasiyası ilə tərəfdaşlıq sazişi imzalayan Hindistanın Karbonn şirkəti də bəyan edib. Android və Windows Phone sistemli modelin 2014-cü ilin iyununda satışa çıxarılması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.