Mobil telefon

Ödənişləri mobil telefonla edək?

13 Mart 2014 20:15
0 Şərh     Baxış: 1 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yeni texnologiyaların inkişafı və bank sahəsində müşahidə olunan böhran sonuncunun tədricən transformasiyasına gətirib çıxarır. Yaxın bir neçə ildə istehlakçılar məhsul və xidmətlərin ödənişi üçün daha çox mobil telefonlardan istifadə edəcəklər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Juniper Research analitiklərinin proqnozuna görə, 2018-ci ilədək mobil qurğuların köməyi ilə simsiz metodla həyata keçirilmiş ödənişlərin həcmi 9,9 milyard əməliyyat təşkil edəcək. Qeyd edək ki, hazırda bu göstərici 3.3 milyard əməliyyat səviyyəsində gözlənilir. Belə yüksək artım iki əsas amillə izah edilir: smartfon, planşet və sensor pleyerlər üçün Apple iWallet mobil pul cüzdanının istifadəyə verilməsi, həmçinin proqram həllinin köməyi ilə və təhlükəsizlik pozuntusu olmadan adi plastik kartın çipini emulyasiya etməyə icazə verən Host Card Emulation (HCE) texnologiyasının inkişafı.

Yeni həll istehlakçılara simsiz ödənişlərin həyata keçirilməsi üçün NFC texnologiyasını dəstəkləyən telefonlarda öz MasterCard kartlarından təhlükəsiz istifadə etməyə icazə verəcək.

AlixPartnersin məlumatına görə, 2012-ci ilin sonunda Amerika banklarının müştərilərinin təxminən 50 faizi telefonu maliyyə vəsaitini idarə etmək üçün mühüm alət adlandırıblar. 2011-ci ildə bu göstərici 7 faiz olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.