Mobil telefon

Bu ölkələrdə 5G olacaq

12 Mart 2014 21:55
0 Şərh     Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib ki, tezliklə Birləşmiş Krallıqda yeni mobil internet standartı 5G istifadəyə veriləcək ki, nəticədə istifadəçilər filmləri bir neçə saniyə ərzində yükləyə biləcəklər. Bu haqda Sky News yazıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Almaniyanın Hannover şəhərində keçirilmiş və informasiya və telekommunikasiya texnologiyalarına həsr edilmiş CeBIT (Centrum der Buro - und Informationstechnik) beynəlxalq sərgisində Devid Kemeron deyib ki, Böyük Britaniya bu məsələ ilə bağlı Almaniya ilə sıx əməkdaşlıq edir. Hazırda biz sənaye inqilabı dövründə yaşayırıq və mən istəyirəm ki, Almaniya və Britaniya bu sahədə lider olsunlar - o deyib.

Hazırda Britaniyada 3G və 4G şəbəkələri geniş yayılıb. 800 MB həcmində filmi 3G şəbəkəsi vasitəsilə köçürmək üçün orta hesabla 1 saat vaxt tələb olunur. 4G şəbəkəsində bu göstərici 40 saniyə tələb olunur. 5G şəbəkəsində isə göstərici iki saniyəyədək azalacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.