Mobil telefon

Apple xəritələri düzəldir

12 Mart 2014 20:56
0 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Apple şirkəti iOS əməliyyat sisteminin tərkibinə daxil olan Xəritə tətbiqini təkmilləşdirəcək. Bu haqda Apple planları ilə tanış mənbələrə istinad edərək 9to5Mac nəşri yazıb. Təkmilləşdirilmiş Xəritə iOS 8 sistemi ilə birgə təqdim olunacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, birincisi, xəritədə daha çox nöqtə (məsələn, mağaza, kafe, bankomat və sair) olacaq. Bundan başqa, istifadəçi nəqliyyat infrastrukturu obyektlərini (yollar, aeroport, vağzal, avtobus dayanacaqları) daha asanlıqla tapacaq.

İkincisi, Xəritə tətbiqi ictimai nəqliyyatda gediş üçün marşrutlar çəkməyə icazə verəcək. Proqram istifadəçidən təyinat nöqtəsinə gediş üsulunu (məsələn, piyada, avtomobil və ya avtobusla) soruşacaq və müvafiq marşrut təklif edəcək.

2012-ci ilədək iOS platformasında Google Maps xəritəsi istifadə olunub. iOS 6 sisteminin çıxarılması ilə Apple şirkəti öz xəritəsindən istifadəyə qərar verib. Yeni kartoqrafiya tətbiqi çoxsaylı qeyri-dəqiqliklər üçün tənqid edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.