Texnologiya

iPhone və iPad üçün çoxdan gözlənilən yenilik

11 Mart 2014 18:51
0 Şərh     Baxış: 2 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Apple şirkəti iOS 7.1 əməliyyat sisteminin geniş miqyaslı yenilənməsini təqdim edib. Milli.Az Day.Az saytına istinadən bildirir ki, yenilənmədə bir çox əlavə funksiyalar var. Bundan başqa, səhvlər də düzəldilib.

Smartfonun öz-özünə sönməsinə yol açan səhvlər artıq iOS 7.1 əməliyyat sistemində yoxdur. Bununla belə "ağ ölüm ekranı" da düzəldilib.

Bir çox istifadəçilər şikayətlənirdilər ki, zamanla barmaq izi skaneri pis işləyir. iPhone 5S üçün isə Touch ID funksiyası mükəmməlləşdirilib. Artıq barmaq izi sensorunda problem olmayacaq.

Telefon üçün proqramda da ciddi dəyişikliklər olub. Düzbucaqlı formasında olan düymələr indi çevrə formasındadır. Yeni yarlıqlar əlavə olunub.

Siri səs idarəetmə sisteminin işi də yaxşılaşdırılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.