Mobil telefon

Samsung lider oldu

9 Mart 2014 18:58
0 Şərh     Baxış: 1 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Cənubi Koreyanın Samsung Electronics şirkəti ən böyük smartfon istehsalçısıdır. Lakin hazırda şirkət, həmçinin patentləşdirmənin həcminə görə Avropada lider olub və öz rəqiblərini bu göstərici üzrə 10 dəfə ötüb. Avropa Patent İnformasiya İdarəsinin məlumatlarında bu barədə qeyd olunub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Samsung artıq ikinci il ardıcıl Avropanın patent siyahısında liderdir. Ötən il şirkət Avropada 2800-dən çox patent üçün müraciət təqdim edib. Apple patent müraciətinə görə Avropada 66-cı yerdə qərarlaşıb. Xatırladaq ki, ötən il 50-ci olub.

Həmçinin qeyd edək ki, ötən il Google şirkəti patent müraciətlərinin həcmini sürətlə artırıb: 2013-cü ildə internet nəhəngi ABŞ-da patent üçün 2000-dən çox müraciət təqdim edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.