Mobil telefon

Android bazarı ələ aldı

6 Mart 2014 18:11
0 Şərh     Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Google şirkəti Android mobil əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlıq səviyyəsi haqqında informasiyanı bölüşüb.

Milli.Az ICTnews-a istinadən bildirir ki,ən populyar versiya Android 4.1 Jelly Beandir: onun bazar payı 35,3 faizdir. Ötən ayla müqayisədə bu platformanın bazar payı 0,2 faiz azalıb. İkinci yerdə 19 faiz göstərici ilə Android 2.3.3-2.3.7 Gingerbread platforması qərarlaşıb: bir ayda bazar payı 1 faiz azalıb. Üçüncü yerdə 17.1 faiz göstəriciyə malik Android 4.2 Jelly Bean versiyası qərarlaşıb.

Dördüncü yerdə 15.2 faiz göstəriciyə malik Android 4.0 Ice Cream Sandwich versiyası qərarlaşıb. Reytinqdə beşinci yerdə Android 4.3 Jelly Bean versiyasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.