Texnologiya

WhatsApp-ın daha bir sirri açıldı

6 Mart 2014 12:02
0 Şərh     Baxış: 2 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Fevralın 19-da bütün kütləvi informasiya vasitələri Facebook-un Whatsapp-ı 19 milyard dollara aldığı xəbərini yaydı. Razılaşmadan bir ay öncə isə Whatsapp-ın icraçı direktoru və messencerin yaradıcısı Yan Koum satış xəbərini təkzib edirdi. Bu səbəbdən Whatsapp-ın satılması xəbəri hamını heyrətləndirdi.

Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu alqı-satqı müqaviləsinin bəzi təfərrüatları bəlli olub. Satın alma təklifi ilə bağlı ilk məktubu Facebook-un təsisçisi Mark Sukerberq 2012-ci ildə Kouma göndərib. Bundan sonra Koum və Sukerberq çox yazışıblar. Sonda onlar arasında dostluq münasibətləri yaranıb. Alqı-satqı müqaviləsini isə onlar "Walker Blue Label" viskisi açmaqla və qucaqlaşmaqla qeyd ediblər.

"The Verge" yazır ki, Sukerberq ilk dəfə deyil ki, bu strategiyadan istifadə edir. Eyni işi Mark İnstagram-ın sahibi Kevin Sistromla da görmüşdü. Mark Kevini evlərinə çağırır. Birlikdə yaxşı vaxt keçirirlər. Sonra isə yaxşı pul təklif edir və proqramı alır.

Strategiya dəyişmir. Dəyişən yalnız qiymətlərdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.