İnternet çalxalanır: Facebook WhatsApp-ı aldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mark Sukerberqin şəbəkəsi messencer servisi üçün 16 milyard dollar ödəyəcək.
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, WhatsApp-ın sahibləri bu məbləğin 4 milyard dollarını nağd pulla, yerdə qalan məbləği isə Facebook-un səhmləri formasında alacaqlar. Bu isə Facebook-un "A" tipli 183 865 778 səhmi deməkdir.
Eyni zamanda, anlaşma messencerin sahibləri və əməkdaşları üçün 3 milyard dollarlıq opsionu nəzərdə tutur.
2009-cu ildə yaradılmış WhatsApp son illərdə internetdə ən sürətlə və dinamik inkişaf edən layihələrdən biridir. Özünü SMS-in alternativi elan etmiş servisin hazırda 450 milyon aktiv istifadəçisi var və onların 70 faizi messencer vasitəsilə hər gün aktiv təmasda olur.
Hər gün WhatsApp-ı öz telefonlarına təxminən 1 milyon insan yükləyir.
"Bizim missiyamız WhatsApp-ın prinsipləri ilə üst-üstə düşür. Məqsədimiz onlayn kommunikasiyaları mümkün qədər sadə və rahat etməkdir. Anlaşma nəticəsindəki sinerji hər iki servisə auditoriyanı daha sürətlə genişləndirərək istifadəçilərin sayını artırmağa imkan verməlidir", - Facebook-un sahibi Mark Sukerberq deyib.
WhatsApp-ın təsisçilərindən biri və baş direktoru Yan Koum da sövdələşməni uğurlu adlandırıb.
Facebook sövdələşmədən sonra WhatsApp brendini sazlayacaq, servisin əməkdaşları Kaliforniyanın Mauntin-Vyu şəhərindəki ofisdə çalışmağa davam edəcəklər.
Bununla yanaşı, Facebook öz mobil messenceri olan Facebook Messenger-in inkişafını dayandırmaq niyyətində deyil.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



DİGƏR XƏBƏRLƏR
-
Robot qorxulu anlar yaşatdı - VİDEO
-
"Apple" tarixinin ən populyar seriyası bu “iPhone” oldu
-
Smartfonlarımızda olan yaşıl nöqtənin sirri bu İMİŞ - FOTO
-
"Sofiya"canlı orkestrlə mahnı ifa etdi - VİDEO
-
Azərbaycanda da satılan suda üzən həmin lüks avtomobil - VİDEO
-
Süni intellektdə yeni mərhələ: "Gemini" bunu da edəcək
XƏBƏR LENTİ
-
İş həyatında ən sürətli yüksələn 4 bürc
-
Bu yol 3 günlük bağlanır
-
BƏƏ-yə növbəti dəfə raket atıldı
-
Mehriban Əliyeva "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərindən kadrlar paylaşıb - VİDEO
-
"Müharibə vaxtı atam evdən butulka götürüb ki..."
-
İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
-
Görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
"Barselona" "Bayern Münhen"lə transfer mübarizəsinə girişdi
-
İstanbulda itkin düşən azərbaycanlı qadının meyiti tapıldı - FOTO
-
"Mançester Yunayted" Maykl Kerriklə bağlı qərar verdi
-
"Bəlkə hamilədir, çünki ana olmaq yaşı keçir"
-
Bu müəllimlərin maaşı artırıldı – RƏSMİ
-
Dünya mediası Ciorcia Meloninin İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb - FOTO
-
Aeroport yolunda ağır qəza - ölən var
-
Azərbaycanda məşhur şadlıq evləri saxta kürü satır - Siyahı - FOTO
-
Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ - YENİLƏNİB
-
“Neftçi” darmadağınla qələbə qazandı
-
Asfalt yolu və marşrut xətti olmayan qəsəbə sakinləri çarəsiz qalıb
-
İcra başçısının köməkçisi öldü - FOTO
-
Beynəlxalq Xalça Festivalı uğurla başa çatdı - FOTO
-
Məşhur bazara giriş 50 qəpikdən 5 manata QALDIRILIR?
-
Filarmoniyanın aprel ayında keçirilmiş abonement konsertləri - FOTO
-
Qərar verilib, amma icra yoxdur: Əlilliyi olan qadın 17 ildir mənzil gözləyir
-
"Kurtlar Vadisi"nin aktyoru VİDEOsu ilə gündəm oldu





