Sağlamlıq

Gəzinti Alzheymer xəstəliyinin riskini azaldır

22 May 2017 21:27
0 Şərh     Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Merilend İctimai Səhiyyə Məktəbinin alimləri apardıqları araşdırma nəticəsində hər dəfə 30 dəqiqə olmaqla həftədə dörd dəfə gəzintiyə çıxmağın yaşlı adamlarda neyron bağlılığını inkişaf etdirdiyi, əqli zəiflik və Alzheymer xəstəliyi riskini azaltdığı qənaətinə gəliblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Journal of Alzheimer's Disease" dərgisində nəşr edilən nəticələrə görə, tədqiqatçılar 60-88 yaş arasında olan otuz iki nəfər üzərində təcrübə aparıblar. Yarısı sağlam olan, yarısına isə yüngül qavrama zəifliyi diaqnozu qoyulan iştirakçılar üç ay ərzində həftədə dörd dəfə yarım saat gəzintiyə çıxıblar.

Araşdırma müəllifləri üç aydan sonra beynin qavrama qabiliyyətinin artması nəticəsində onların vərəqdə verilmiş sözləri daha yaxşı yadda saxladıqlarının şahidi olublar. Qavrama qabiliyyəti zəif olanlarda isə beyin şöbələri arasında əlaqənin inkişafı müşahidə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.