Sağlamlıq

Yuxu dərmanlarının tərkibində AĞIR MADDƏLƏR tapıldı

26 Fevral 2017 10:37
0 Şərh     Baxış: 5 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadalı alimlər yuxusuzluğu müalicə edən preparatlardan müntəzəm istifadənin zərərli olduğunu bildirirlər.

Milli.Az publika.az-a istinadən bildirir ki, yuxu dərmanlarının tərkibindəki aktiv maddələrin dozası çox vaxt artıq olduğuna görə sağlamlıq üçün böyük təhlükə törədir.
Ekspertlər 16 məşhur markaya məxsus 31 dərmanın tərkibini araşdırarkən müəyyən ediblər ki, onların çoxu istehsalçıların iddia etdiyi kimi, heç də qida əlavəsi deyildir. Bundan əlavə, bu preparatların tərkibində ağır maddələr tapılıb.
Tədqiq olunan preparatların 71 faizində melatonin dozası aşkarlanıb. Bununla yanaşı, bəzi preparatlarda yuxu hormonunun miqdarı 83 faiz az, digərlərində isə 47 faiz çox olub.
Alimlər onu da müəyyən ediblər ki, bəzi yuxu dərmanlarının tərkibində serotonin var. Bu iki maddənin dozasının çox olması orqanizmdə ağır fəsadlar törədir. Məsələn, ürəyin fəaliyyətinin pozulması nəticəsində qızdırma, bayılma və hətta ölüm halları baş verə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.