Sağlamlıq

Nazir Bakıdakı bəzi xəstəxanaların baş həkimlərini dəyişdirdi

3 Sentyabr 2015 19:14
Baxış: 2 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyində keçirilən iclasda bəzi tibb müəssisələrinin baş həkimlərinin işi mənfi qiymətləndirilib. Milli.Az modern.az-a istinadən xəbər verir ki, dünən baş tutan iclasda nazir bəzi xəstəxanaların baş həkimlərinin dəyişdirilməsinə qərar verib. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova açıqlamasında Kliniki Tibbi  Mərkəzin və Bakı Sağlamlıq Mərkəzinin baş həkimlərinin tutduqları vəzifədən azad edildiyini təsdiqləyib.

Nazirlik rəsmisi qeyd edib ki, Kliniki Tibbi  Mərkəzin baş həkimi Sultan Əliyev 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının, Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Tərlan Bəbirov 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsini icra edəcək.

Şirvan Şəhər Diaqnostika Mərkəzinin baş həkimi Hikmət Həsənov Bakı Sağlamlıq Mərkəzinə, Kliniki Tibbi Mərkəzin qəbul şöbəsinin müdiri Sabiq Hüseynzadə isə Kliniki Tibbi  Mərkəzin baş həkimi vəzifəsinə təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.