Sağlamlıq

Gün ərzində 1,5 kilo arıqlamağın ən asan yolu

2 Sentyabr 2015 00:05
1 Şərh     Baxış: 87 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox qadınlar artıq çəkidən əziyyət çəkirlər və ondan yaxa qurtarmaq üçün müxtəlif üsullara əl atırlar. Onlardan bəziləri orqanizmi yoran, mübadilə proseslərini pozan pəhrizlər saxlayırlar, digərləri yağ yandıran müxtəlif bahalı dərmanlar alırlar.

Əlbəttə ki, artıq çəki qadında kompleks yaradır.

Milli.Az gecce.az-a istinadən xanımlara adi qida sodası ilə arıqlamağın yolu haqqında maraqlı məlumatlar təqdim edir:
Qida sodası ilə vanna qəbul etmək lazımdır. Bu zaman orqanizm rahatlaşır, uzun müddət ərzində yığılan mənfi enerjidən təmizlənir, limfatik sistemdə qan dövranı sürətlənir ki, bununla dərialtı piy qatları parçalanır və beləliklə, artıq piy kütləsindən azad olmaq mümkündür.
Sodalı vanna qəbul etmək üçün 200 ml. qaynar suya 300 qram soda əlavə edin. 20-25 dəqiqə ərzində bu vannada qalmaqla 1,5 kiloqrama qədər çəki atmaq olar!

Həmçinin, qida sodasını dəniz duzu ilə qarışdıra bilərsiniz. Sodalı duzlu vanna su balansı normallaşdırmağa kömək edir, mübadilə proseslərini fəallaşdırır, həmçinin şlakları və zəhərləri orqanizmdən xaric edir.

Vannanın effektini efir yağları ilə də gücləndirə bilərsiniz. Efir yağlarını sitrus qrupundan seçin. Portağal, limon, naringi və iynəyarpaqlılardan - küknar, ağ şam ağacı, ardıc ola bilər. Bunları birləşdirib həm də sellülitlə mübarizə aparmaq olar.
Soda vannasının xeyli üstünlükləri var. Orqanizmi təmizləyir, bədənin bütün əzələlərini rahatlaşdırır, fiziki yorğunluqdan sonra gərginlik azalır. Bundan başqa, çəkini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, dərini yumşaldır, təmizləyir.
Onu da qeyd edək ki, sodalı vannadan çıxdıqdan sonra da onun təsiri davam edir. Odur ki, vannadan çıxdıqdan sonra bədəni təmiz su ilə yumaq lazım deyil. Dəsmala bürünün, bir fincan isti ot çayı için.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.