Sağlamlıq

Təpədən dırnağa gözəlləşdirən xardal yağı

29 Avqust 2015 23:46
5 Şərh     Baxış: 13 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xardal yağı geniş şəkildə istifadə edilməsə də, həm gözəllik, həm də sağlamlıq məsələlərində ən effektli vasitələrdən sayılır. Tərkibində omeqa 3 yağ turşusu, dəmir, fosfor, lif, kalsium, sink və maqnezium var. Milli.Az bildirir ki, xardal yağının faydalarını və ondan istifadə qaydalarını öyrənmək istəyirsinizsə, publika.az-ın təqdim etdiyi yazını mütləq oxuyun.

Xardal yağının faydaları:
 
*Qaşıntını aradan qaldırır.
 
*Sellülit və çatları azaldır.
 
*Xardal yağı ilə başı masaj edildikdə ağrısı dayanır.
 
*Ayaqların və ombanının arıqlaması, formaya düşməsi üçün həmin bölgələri xardal yağı ilə masaj etmək lazımdır.
 
*Əzələ ağrılarını azaldır.
 
*Arıqlamaq istəyənlərə tövsiyə edilir.
 
*Dəri hüceyrələrini ətraf mühitin mənfi təsirindən qoruyur.
 
*Xardal yağı saç üçün də faydalıdır. Saçı günəşin və saç feninin mənfi təsirindən qoruyur.
 
*Saçların tökülməsinin qarşısını alır. Daha parlaq görünməsini təmin edir.
 
Bəs, xardal yağından necə istifadə etmək lazımdır?
 
Əgər xardal yağı ilə ayaqlarınızı incəltmək istəyirsinizsə, 1 xörək qaşığı suyun içərisinə 3-5 damcı yağ töküb həmin bölgəni masaj edin.
 
Bu yağdan üz dərinizə qulluq üçün istifadə edəcəksinizsə, zeytun yağı ilə qarışdırın.
 
Saçlarınızın daha gözəl və sağlam görünməsi üçün isə 1 stəkan suya 1 damcı xardal yağı töküb yaxşıca qarışdırmaq və içmək lazımdır. Gündə bir dəfədən artıq içmək olmaz. Hər ehtimala qarşı mütləq həkimlə məsləhətləşin.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.